İsveç qadağanı aradan qaldırır: \"Türkiyəyə silah sata bilərik\" 

İsveç qadağanı aradan qaldırır: \

NATO-ya üzv olmaq istəyən İsveçdən diqqətçəkən açıqlama gəlib.

Sfera.az bildirir ki, İsveç Dövlət Silah İxracına Nəzarət Agentliyinin (ISP) rəhbəri Karl Evertsson Türkiyə ilə aparılan danışıqlarla bağlı "Expressen" qəzetinə danışıb. İsveç müdafiə komissiyasının tələb etdiyi şərtlərlə silah ixrac etdiklərini qeyd edən Evertsson, "Türkiyənin hazırda silahlarımıza ehtiyacı yoxdur. Bizdən silah almırlar. Müdafiə komissiyasından gələn müraciətləri hər bir halda qiymətləndiririk. Bugünkü şərtlərlə Türkiyəyə silah sata bilərik”, - deyə bildirib.

Evertsson, həmçinin İsveç istehsalı olan AT-4 tank əleyhinə silahların terror təşkilatı PKK-nın əlinə necə keçməsi ilə bağlı sualı cavablandırıb: “Biz bu silahları təşkilatlara ixrac etmirik. Bu, sözügedən silahların ABŞ-dan lisenziya əsasında istehsal edilməsi və üçüncü ölkələrə göndərilməsinə icazə verilməməsi şərtinə görədir”.

Qeyd edək ki, ISP 15 oktyabr 2019-cu ildə Türkiyəyə silah satışını qadağan etmişdi. SR dövlət radiosunun xəbərinə görə, bu tarixdən sonra İsveçdə yerləşən 3 özəl silah istehsalçısı şirkətinin Türkiyəyə silah satması tələbi qəbul olunmamışdı.

Günay Rəsulqızı

Sfera.az


OXŞAR XƏBƏRLƏR