Türk Hava Yolları daxili reyslərdə tibbi maska taxmaq tələbini ləğv etdi
Kateqoriya məlum deyil
Türk Hava Yolları daxili reyslərdə tibbi maska taxmaq tələbini ləğv edib.
Sfera.az xəbər verir ki, bu barədə şirkətin baş direktoru Bilal Ekşi "Twitter" səhifəsində bildirib.
Bununla belə, o əlavə edib ki, beynəlxalq reyslərdə maskadan istifadə qaydaları səyahətçinin getdiyi ölkənin tələblərindən asılı olaraq fərqlənir.
Xatırladaq ki, daha əvvəl Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca ölkədə xəstəxanalar istisna olmaqla, tibbi maska taxmaq tələbini aradan qaldırıldığını bəyan etmişdir.






