Logo

Rusiya Mariupolda SSRİ-ni “bərpa” etdi – “Şəhərin adı da dəyişdirilsə…”

Rusiya Mariupolda SSRİ-ni “bərpa” etdi – “Şəhərin adı da dəyişdirilsə…”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya hərbçiləri Ukraynanın işğal edilmiş Mariupol şəhərindəki 65 saylı orta məktəbi açıblar.

Sfera.az xəbər verir ki, bu barədə Mariupol merinin köməkçisi Petro Andryuşenko məlumat verib.

Onun sözlərinə görə, ruslar valideynləri məktəbdən zibilləri çıxarmağa və pəncərələri plyonka ilə bağlamağa məcbur ediblər.

“Məktəbdə uşaqlar üçün yemək yoxdur. Elektrik bir generatordan verilir. Kompüter avadanlığı yoxdur, dil-ədəbiyyat, riyaziyyat və sair fənlər rus dilində aparılır”, – Andryuşenko bildirib.

Rusiya Mariupolda SSRİ-ni “bərpa” etdi – “Şəhərin adı da dəyişdirilsə…”

Onun sözlərinə görə, məktəbin məzunlarına işğal edilmiş Donetskdəki qondarma respublikanın diplomları vəd edilir və Rusiyanın iqtisadi cəhətdən depressiyaya uğramış regionlarında yerləşən və ruslar arasında belə tələbat olmayan Rusiya universitetlərinə qəbul təklif olunur.

“Sovet İttifaqı Mariupola orta əsrlərin və totalitarizmin bütün parlaq rənglərində qayıdıb. Mariupolun adı Jdanovla dəyişdirilsə, “Leninqrad cəlladı”nın büstü də qoyulsa, hər şey tam olacaq”, – merin köməkçisi qeyd edib.kaim.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR