Logo

Türkiyədə dəhşətli partlayış: 30 ölü, 94 yaralı - VİDEO

Türkiyədə dəhşətli partlayış: 30 ölü, 94 yaralı - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyənin Qazıantep şəhərində partlayış baş verib.

Trend-in CNN Türk telekanalına istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində 30 nəfər ölüb, 94 nəfər yaralanıb.

Hadisə yerinə polis və həkimlər cəlb olunub.

Qazıantep qubernatoru Əli Yerlikaya hadisəni terror aktı adlandırıb.

Sfera.az APA-ya istinadən xəbər verir ki, partlayış toy şənliyi zamanı törədilib.

Baş nazirin müavini Mehmet Şimşək  NTV telekanalına açıqlamasında partlayışın terrorçu qadın-kamikadze tərəfindən törədildiyini bildirib.

Hakim Ədalət və İnkişaf Partiyasının Qazıantepdən olan millət vəkili Mehmet Erdoğan "CNN Türk" telekanalına açıqlamasında partlayışın "canlı bomba" tərəfindən törədildiyini bildirib.

Partlayışa görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Partlayışın İŞİD terror qruplaşmasının üzvü tərəfindən törədildiyi ehtimal olunur.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR