Logo

Çin hava məkanını Rusiyanın mənimsədiyi təyyarələrə bağladı

Çin hava məkanını Rusiyanın mənimsədiyi təyyarələrə bağladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Çin Rusiya aviaşirkətlərində olan "Boeing" və "Airbus" təyyarələrinə öz hava məkanına girişi qadağan edib.

Sfera.az RBK-ya istinadən xəbər verir ki, söhbət Rusiya aviaşirkətlərinin lizinqə götürdüyü və geri qaytarmaqdan imtina etdiyi təyyarələrdən gedir. Prezident Vladimir Putin həmin təyyarələrin Rusiyanın mülkiyyəti kimi qeydiyyata alınmasına dair qərar imazalayıb. Lakin bu qeydiyyat onların xarici ölkələrə uçuşuna imkan vermir.

Çin aviasiya idarəsi mayın əvvəlində təyyarələrin mülkiyyət sənədlərini istəyib. Rusiya tərəfinin təqdim etdiyi sənədlər beynəlxalq aviasiya qaydalarına uyğun olmadığı üçün onların Çinə uçuşuna icazə verilməyib.

RBK xəbər verir ki, Türkiyə də eyni addımı atıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR