Çin və Hindistan Rusiyaya kömək etdi: Satılmayan milyonlarla barel neft alındı

Çin və Hindistan Rusiyaya kömək etdi: Satılmayan milyonlarla barel neft alındı

Sanksiyalarla əlaqədar bir müddətdir ki, neft ixracı problemi ilə üzləşən Rusiyanın köməyinə Çin və Hindistan çatıb.

 

Sfera.az “Blommberg”ə istinadən xəbər verir ki, Asiyanın ən böyük iki alıcısı olan ölkə aşağı qiymətə rekord həcmdə Rusiya nefti alıb.

 

Bununla bağlı məlumatı “Kpler” bazar kəşfiyyat şirkəti açıqlayıb. Şirkətin əldə etdiyi məlumata əsasən, fevral ayında Ukraynanın işğalından əvvəl Rusiyanın dənizdə saxlanılan xam neftinin ümumi həcmi 27 milyon barel idi. Ötən həftə dənizdə gəmilərdə qalan neftin həcmi 74 milyon barelə yüksəlmişdi.

 

Çin və Hindistanın alışından sonra gəmilərdə qalan neftin həcmi 49 milyon barelə düşüb. İki ölkə ümumilikdə 25 milyon barel rus nefti alıb.  

 

“Kpler”in hesablamalarına görə qadağalardan sonra Rusiyadan neft alışında Asiya Avropanı geridə qoyub və fərq hər keçən gün bir qədər də artır.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR