Kadırov Polşanı HƏDƏLƏDİ: “Cəmi 6 saniyədə..”

Kadırov Polşanı HƏDƏLƏDİ: “Cəmi 6 saniyədə..”

Putinin müharibədə ən böyük dəstəkçisi olan Çeçenistan lideri Ramazan Kadırov tez-tez Qərbə qarşı tənqid və təhdidləri ilə gündəmə gəlir.


Sfera.az bildirir ki, bu dəfə o, Ukraynaya verdiyi dəstəyə görə Polşanı hərbi hücumla hədələyib. 


“Ukrayna bitmiş sövdələşmədir. Mənim maraq dairəm indi Polşadır. Polşa nəyə nail olmağa çalışır? Ukraynanın işi bitəndə, sifariş olarsa, sizə 6 saniyədə nələr edə biləcəyimizi göstərə bilərik”, -  deyə Kadırov söyləyib.


O, əvvəlki paylaşımında isə bu ayın əvvəlində Varşavada baş vermiş aksiyaya görə üzr də tələb edib. 1945-ci il qələbəsinin ildönümündə ukraynalı fəalın Polşanın paytaxtında Rusiya səfiri Sergey Andreyevin üzərinə qırmızı boya atması Kadırovu özündən çıxarıb.


Qeyd edək ki, Polşa, Rusiyanın hücumuna baxmayaraq, müttəfiqi Ukraynaya sadiq qalıb və müharibə səbəbindən Ukraynadan qaçan saysız-hesabsız insanlara öz qapılarını açıb.

 

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR