Çin və Rusiyadan Şimali Koreyaya dəstək: Yeni "üçlü ittifaq" formalaşır?
Çin və Rusiya ABŞ-ı qəzəbləndirəcək addım atıb.
Sfera.az bildirir ki, sözügedən ölkələr Birləşmiş Ştatların BMT Təhlükəsizlik Şurasına təqdim etdiyi ballistik raket sınaqlarına görə Şimali Koreyaya qarşı sanksiyaların artırılmasını tələb edən qətnaməyə veto qoyub. Belə ki, Şimali Koreyaya illik xam neft ixracının 1 milyon barrel azalaraq 3 milyon barrelə, emal olunmuş neft ixracının isə 125 min barrel azalaraq 375 min barrelə çatdırılmasını nəzərdə tutan qərarı 13 ölkə dəstəkləyib.
Qanun layihəsinin BMT Təhlükəsizlik Şurasında qəbul edilməsi üçün 15 üzvdən ən azı 9-u lehinə səs verməli, daimi üzvlərdən ABŞ, Rusiya, Çin, İngiltərə və Fransadan heç biri veto hüququndan istifadə etməməlidir. Lakin iki ölkənin əks addımı təəccüb doğurub.
Günay Rəsulqızı
Sfera.az