Abramoviç "Çelsi"ni onlara satdı - RƏSMİ AÇIQLAMA
Rusiyalı oliqarx Roman Abramoviç “Çelsi”ni rəsmən satıb.
Sfera.az xəbər verir ki, bu barədə Companies House (Böyük Britaniyada Hüquqi Şəxslərin Birləşmiş Dövlət Reyestri) məlumat yayıb. London təmsilçisi ABŞ-dan olan Todda Boulinin konsorsiumuna satılıb.
Böyük Britaniya hökuməti ölkədəki aktivləri dondurulan Roman Abramoviçin klubun satışından heç bir fayda görməyəcəyinə dair hüquqi təminat aldıqdan sonra sövdələşməni təsdiqləyib
.
Müqavilənin dəyəri 4,25 milyard funt sterlinq (təqribən 5 milyard avro) təşkil edir.
Xatırladaq ki, fevralın 26-da Roman Abramoviç klubun idarəçiliyini “Çelsi” Xeyriyyə Fondunun qəyyumlarına təhvil verib. Martın 2-də o, klubu satmaq niyyətində olduğunu açıqlayıb. Martın 10-da Böyük Britaniya hökuməti Abramoviçə qarşı sanksiyalar tətbiq edib. Rusiyalı iş adamının, o cümlədən futbol klubunun aktivləri bloklanıb.






