Logo

Bozdağdan kritik açıqlama: "Ağlınızı FETÖ kimilərə verənlərə ETİBAR ETMƏYİN"

Bozdağdan kritik açıqlama: "Ağlınızı FETÖ kimilərə verənlərə ETİBAR ETMƏYİN"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sfera.az Ədliyyə Naziri Bekir Bozdağın çıxışını sizə təqdim edir:

"Ədaləti pozan hər şey kainatın, dünyanın, insanların ən böyük düşmənidir. Hər şeyin də təməli ədalətdir. Sadəcə, hakimlər, prokurorlar deyil, inzibati vəzifədə olanlar, tarlasında əkinçilik edən hər kəs bir nöqtədə ədalətin təzahürünə xidmət etməlidir. Amma ədalət axtaranlar yalnız məhkəməyə müraciət edib: "Mən məhkəməyə getsəm ədalət mütləq mənim haqqımı verəcəkdir". Biz hamımız mühakiməyə olan inancı ayaqda tutmalıyıq, çünki məhkəmənin əsas gücü mühakiməyə göstərilən etimaddır. Əmin olmaq hakimlər, prokurorlar üçün son dərəcə önəmli bir məsələdir. Yeni peşəyə başlayacaq hakim və prokurorlar əminlik, etibarlılıq xüsusiyyətini həyatlarının hər sahəsində qorumalıdırlar.

Əminlik vəzifəsinə  heç vaxt ləkə gətirməyin!".

Ağlınızı FETÖ kimilərə verənlərə etibar etməyin!

"Vəzifənizi konstitusiya, qanun, hüquq və ən əsas vicdanla yerinə yetirin. Hamımızın fərqli ailerden, başqa siyasi fikirlərdən olması normaldır. Fərqlərimiz bizim gücümüz, zənginliyimiz, sərvətimizdir. Peşə həyatınız boyu konstitusiyamıza, hüququmuza, qanunlarımıza bəyənməsiniz də sadiq qalın. Çünki bunları siz tətbiq etməklə vəzifə borcunuzu vicdanlı şəkildə yerinə yetirmiş olacaqsınız. Dəyişdirmək qanunvericilik orqanının işidir. Ağıl, vicdan sahibi olmaq son dərəcə əhəmiyyətlidir. Sağlıqlı olub, əsir olan bir ağılla sağlam qərar heç kim ala bilməz. Ağlını FETÖ kimilərə verənlərə etibar etməyin! Sizin vicdanınız sevdiklərinizə yaxşı, sevmədiklərinizə pis davranmağı əmr edirsə, sevmədikləriniz sizin zülmünüzü ədalət deyə yaşamağa başlayacaq. Hakim və prokuror peşəsinə başlayan əziz hakim və prokurorlara deyirəm ki, vicdanınız heç bir yerə bağlı olmasın. Vicdanınız azad olsun, amma konstitusiya, qanun və hüquqa bağlı olsun. Bəzən vicdanınız, istəməsə də qanun, konstitusiya belə deyir deyə o qərarın altına imzanızı qoymağınız lazımdır".

Fətullah alçağın yeni din anlayışına məruz qalacaqdıq.

"Türk milləti dastan qəhrəmanlığını ortaya qoyanda nə ABŞ-da, nə də Qərbdə bu milləti təqdir edən bir sözə rast gəlmədik. Bu millət etdiyini yaxşı bilir. Əziz millətimizə hüzurunuzda minnətdarlığımı bildirirəm. Yaxşı ki, əziz millətimiz var. Yaxşı ki, Rəbbimiz bizi belə böyük bir millətin övladı olaraq yaratmış. Zərbə uğurlu olsaydı, Türkiyə nə olardı? hər kəsin bir daha xüsusilə düşünməsini tələb edirəm. PKK və onun nümayəndələri Türkiyənin bir bölgəsini parçalamaq üçün xüsusilə müstəqilliyə gedən yol açacaqdı. Türkiyə başqa bir rejimə yelkən açacaqdı. Türkiyə nə zaman bitəcəyi bəlli olmayan bir daxili qarşıdurmanın içində qalacaqdı. Gülənin yeni din pərdəsinə bürünəcəkdik. 15 İyul axşamı Türkiyə parçalanmaqdan, rejim dəyişikliyindən xilas oldu, Atatürkün yerinə FETÖ-nün icra edilməsindən xilas oldu. Türkiyə dində islahata gələcək azğınlıqlardan xilas oldu. Bu bizim uğurumuzdur!"- deyə bildirib.

Sfera.az //

Aytac Salahova

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR