Logo

Ərdoğanın son açıqlamasına ABŞ-dan REAKSİYA: “Qərarla bağlı narahatıq”

Ərdoğanın son açıqlamasına ABŞ-dan REAKSİYA: “Qərarla bağlı narahatıq”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyənin Suriya sərhədindəki 4 fərqli bölgədə təşkil edəcəyi sərhəd əməliyyatı ABŞ-da geniş əks-səda doğurub.

Sfera.az-ın məlumatına görə, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays əməliyyatdan "narahat olduqlarını" bildirib. “Biz Suriyanın şimalında potensial artan hərbi fəaliyyətə və xüsusən də bunun oradakı mülki əhaliyə təsiri ilə bağlı xəbərlərdən narahatıq. İstənilən yeni əməliyyat regional sabitliyi daha da zəiflədəcək. ABŞ qüvvələrini və koalisiyanın İŞİD-ə qarşı mübarizəsini riskə atacaq”, - deyə Prays mətbuat konfransında söyləyib.

Prays, həmçinin Türkiyənin Suriyanın şimalındakı əməliyyatlarını dayandırmasını istəyib və fikirlərinə bu cür davam edib: "Gərginliyin artmasını pisləyirik. Mövcud atəşkəsin qorunmasını dəstəkləyirik".

Xatırladaq ki, Rəcəp Tayyip Ərdoğan ötən gün, "Cənub sərhədlərimizdə 30 kilometr dərinlikdə təhlükəsiz zonalar yaratmaq üçün başladığımız işin əskik hissələri ilə bağlı da yeni addımlar atmağa başlayırıq", - deyə söyləyib. O, sözügedən əməliyyatların Türkiyə Silahlı Qüvvələri, Polis qüvvələri, o cümlədən kəşfiyyat birliklərinin hazırlıqları tamamlandıqdan sonra başlayacağını əlavə edib.

Günay Rəsulqızı
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR