Logo

“Nike” da Rusiyanı tərk edir

“Nike” da Rusiyanı tərk edir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ-ın tanınmış idman geyimləri və idman ayaqqabıları istehsalçısı olan “Nike” şirkəti də Rusiya bazarını tərk edəcək.

Sfera.az “RİA Novosti”yə istinadən xəbər verir ki,  Rusiya bazarında “Nike” markası adı altında dillerlik həyata keçirən Inventive Retail Group (IRG) tədarüklə bağlı müqavilə müddətini uzatmayıb. Buna görə də “Nike” markasına aid malların Rusiya bazarına idxalı mümkün olmayacaq.

IRG Amerika istehsalçısının ölkənin ən böyük mono-brend mağazalar şəbəkəsinə sahibdir.

Məlumata görə, IRG Rusiyada “Nike” markasına aid 37 məntəqəni idarə edir. Əvvəllər isə mağazaların sayı 116 olub. Yalnız mart və aprel ayları ərzində 60 mağaza bağlanmışdı.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR