Rusiya-Ukrayna müharibəsində ilk cinayətkar elan edildi - FOTO
Rusiyanın Ukraynaya hücumunda ilk cinayətkar elan edilib.
Sfera.az xəbər verir ki, 21 yaşlı serjant Vadim Şişimarin ukraynalı mülki vətəndaşı öldürməkdə təqsirli bilinən ilk rus əsgəri olub.
O, dünən 62 yaşlı mülki Aleksandr Şelipovun silahsız olmasına baxmayaraq, qəsdən öldürülməsində ittiham olunduğu iş üzrə məhkəmə qarşısına çıxıb. Paytaxt Kiyevdə keçirilən məhkəmədə sualları rus tərcüməçi vasitəsilə cavablandıran Şişimarin ömürlük həbsə məhkum edilib. Məhkəmə zalında müttəhim kürsüsündə oturan Şişimarin məhkəməni səssizcə izləyib və hökm oxunarkən heç bir reaksiya verməyib.
Məhkəmə sənədlərinə görə, 2000-ci il oktyabrın 17-də Rusiyanın Urkutk şəhərində anadan olan Vadim Şişimarin üç il əvvəl hərbi xidmətə çağırılıb. Məcburi xidmətini başa vuran gənc paytaxt Moskvada təkər təmiri sexində işlədikdən sonra müqavilə əsasında aylıq 30 min rubl (8 min TL) maaşla orduya çağırılıb.
Əzizə Zeynal
Sfera.az






