Logo

İtalyanları qəzəbləndirəcək İDDİA:  Pizza yunanlara məxsusdur

İtalyanları qəzəbləndirəcək İDDİA: Pizza yunanlara məxsusdur
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Yunanıstan İtaliyanı şoka salan addım atıb.

Sfera.az bildirir ki, sözügedən ölkə pizzanın onlara məxsus olduğunu iddia edib. Belə ki, yerli mətbuatda çıxan xəbərlərdə İtaliyaya xas bir dad olaraq tanınan pizzanın yunan ərazisindən gəldiyi irəli sürülüb.

İddialara görə, qədim yunan dilində “düz” mənasını verən “plakous” adlanan yemək sobada bişmiş və üzərinə zeytun yağı, göyərti, soğan, pendir, o cümlədən sarımsaq qoyulmuş yastı çörək idi.

Qeyd olunub ki, yunan mədəniyyətini mənimsəyən romalılar bu ləzzəti inkişaf etdirərək pizzaya çeviriblər.

İtalyanlara görə isə pizza ilk dəfə Neapolda yaranıb və  yoxsulların yeməyi olub. Çörəyin üzərinə bir az pomidor əlavə edilərək yeyilib. 1889-cu ildə çörəkçi Raffaele Esposito onu saray üçün bişirib  və bununla pizza məşhurlaşmağa başlayıb. Espositonun həm pendir, həm də pomidor sousu ilə pizza hazırlayan ilk şəxs olduğu düşünülür.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR