Logo

Almaniyada Polşanın Baş Konsulluğunun binasına hücum edildi

Almaniyada Polşanın Baş Konsulluğunun binasına hücum edildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün naməlum şəxslər Polşanın Hamburqdakı (Almaniya) baş konsulluğunun binasına hücum edərək fasadına boya töküblər.

Bu barədə Sfera.az “TASS”a istinadən xəbər verir.

“Səhər tezdən Polşa Respublikasının Baş Konsulluğu siyasi səbəblərə görə vandalizmə məruz qalıb”, – polis bildirib. Təhlükəsizlik xidməti hadisə ilə bağlı araşdırmalara başlayıb.

Hücum nəticəsində binanın bir neçə şüşəsi sındırılıb, naməlum şəxslər içərisində boya olan şüşə qabları binanın fasadına atıblar. Şahidlərin verdiyi məlumata görə, konsulluğa bitişik küçədə iki avtomobil təkəri yandırılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR