Logo

Rusiya Müdafiə Nazirliyi açıqladı: 11 hədəf vuruldu

Rusiya Müdafiə Nazirliyi açıqladı: 11 hədəf vuruldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya hava hücumundan müdafiə sistemləri ötən sutka ərzində Ukraynanın 11 pilotsuz uçuş aparatını (PUA) vurub.

Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

“Rusiyanın hava hücumundan müdafiə sistemləri gün ərzində Donetskin Kuraxovo, Quselskoe, Luqanskın Popasnaya, Xerson vilayətinin Çernobaevka, Ruska Lozovaya, Xarkov vilayətinin Kazaçya Lopan, Nizşee, Malaya Kamışevaxa və Petrivske yaşayış məntəqələri ərazilərində havada Ukraynaya məxsus 11 PUA-nı vurub.

Bundan əlavə, Xarkov vilayətinin Kamenka və Bukino yaşayış məntəqələri ərazilərində “Smerç” reaktiv yaylım atəş sisteminin iki raketi vurulub ”, - deyə Rusiya MN sözçüsü vurğulayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR