Logo

Türkiyədə tələbələrin daşıyan avtobus qəzaya uğradı, ölənlər var

Türkiyədə tələbələrin daşıyan avtobus qəzaya uğradı, ölənlər var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyədə ağır yol qəzası baş verib.

Sfera.az-ın “Haber Global”a istinadən məlumatına görə, hadisə Niğde əyalətində, yerli vaxtla saat 4 radələrində qeydə alınıb.

Konya Səlcuq Universitetinin tələbələrini daşıyan avtobus Güney rayonu yaxınlığında aşıb. Hadisə zamanı tələbələrdən ikisi həyatını itirib, daha 42 nəfər yaralanıb.

Hadisə yerinə təcili yardım, polis cəlb edilib. Yaralılar Niğde və Ulukışla xəstəxanalarına aparılıb. Onlardan 5-nin vəziyyəti ağırdır.

Qəzanın başvermə səbəbi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR