"Rusiya hücum edərsə..." - NATO Finlandiya və İsveçdən üz çevirir?
"Rusiyanın Finlandiya və İsveçə mümkün hücumuna əks-müdaxilə ola bilərmi?", sualına NATO-dan diqqətçəkən açıqlama gəlib.
Sfera.az bildirir ki, qurum, üzv olana qədər bu iki ölkəyə verilə biləcək təhlükəsizlik təminatlarının alyansın 5-ci maddəsindəki kimi olmayacağını vurğulayıb. NATO Hərbi Komitəsinin sədri admiral Rob Bauer bildirib ki, Rusiya Finlandiya və İsveçə hücum edərsə, bu, onlar üzv olana qədərki müddət ərzində “bütün ittifaqa hücum kimi” qiymətləndirilə bilməz:
“NATO-ya üzvlük üçün bir proses tələb olunur və 30 müttəfiq ölkənin təsdiqi olmalıdır. Bu müddət ərzində Finlandiya və İsveçin təhlükəsizliyinin təmin edilməsi önəmlidir. Amma hər iki ölkə hələ alyansa üzv deyil. Hamımızın bildiyi kimi, təhlükəsizlik zəmanəti vermək üçün Finlandiya və İsveçlə danışıqlar aparan ölkələr də var”.
Günay Rəsulqızı
Sfera.az






