Logo

Rusiya 27 ispan diplomatı ölkədən çıxarır

Rusiya 27 ispan diplomatı ölkədən çıxarır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya Xarici İşlər Nazirliyi 27 ispan diplomatı "persona non-qrata” elan edib və onlardan bir həftə ərzində Rusiya Federasiyasının ərazisini tərk etmələri tələb olunub.

Çərşənbə günü İspaniyanın Rusiyadakı Markos Qomes Martinesin səfiri Rusiya XİN-ə çağrılmış və Rusiyanın İspaniyadakı xarici nümayəndəliklərinin 27 əməkdaşının arzuolunmaz şəxs elan edilməsi ilə bağlı kəskin etiraz bildirilmişdi.

"Bu qeyri-dost addımın Rusiya-İspaniya münasibətlərinə mənfi təsir göstərəcəyi vurğulanıb. Buna cavab olaraq İspaniyanın Moskvadakı səfirliyi və İspaniyanın Sankt-Peterburqdakı Baş Konsulluğunun 27 əməkdaşı "persona non-qrata” elan edilib. Onlar müvafiq notanın səfirə təhvil verildiyi andan etibarən yeddi gün ərzində ölkəni tərk etməlidirlər”, – deyə Rusiya XİN-in bəyanatında deyilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR