Logo

NATO Rusiyanın Suriyanı bombalamasından narahatdı

NATO Rusiyanın Suriyanı bombalamasından narahatdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

NATO Rusiya döyüş təyyarələrinin İrandan qalxmaqla İŞİD-in Suriyadakı mövqelərinə zərbələr endirməsindən narahatlığını bildirib.

Publika.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu NATO nümayəndəsi məsələyə münasibət bildirərkən deyib.

"Rusiyanın Bəşər Əsəd rejimini dəstəkləmək məqsədilə Suriyada uzunmüddətli hərbi iştirakı narahatlıq doğurur. Rusiya tərəfindən aviazərbələrin "ölü müxalifət" qruplarına endirilməsi risklərin azalmasına və regional təhlükəsizliyə səbəb olmur", - deyə alyans rəsmisi vurğulayıb.

O, əlavə edib ki, NATO məsələnin siyasi həllinə dair bütün cəhdləri dəstəkləyir: "NATO İŞİD-ə qarşı əməliyyatlarda iştirak etmir və bununla bağlı mövqeyi dəyişməz olaraq qalır".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR