Logo

Zelenski Almaniya Prezidenti ilə barışdı

Zelenski Almaniya Prezidenti ilə barışdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Almaniya prezidenti Frank-Valter Ştaynmayer Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı aparıb. Tərəflər anlaşılmazlıqları müzakirə ediblər. Bu barədə DPA agentliyi prezidentin ofisinə istinadən xəbər verir.

Söhbət Ukrayna hökumətinin aprel ayında Ştaynmayerin səfərini rədd etməsindən sonra Berlin və Kiyev arasında bir sıra siyasi-diplomatik qalmaqallar fonunda baş tutub. Bundan sonra Almaniya kansleri Olaf Şolts hələlik Kiyevə səfər etməyi planlaşdırmadığını bildirib.

Bu qalmaqaldan sonra iki prezident arasında ilk telefon danışığıdır. Agentlik yazır ki, Zelenski şəxsən Ştaynmayeri və kansler Şoltsu, eləcə də bütün Almaniya rəhbərliyini səfərə dəvət edib.

"Spiegel”in yazdığına görə, söhbət 45 dəqiqə davam edib, Ştaynmayer Zelenskini Almaniyanın Ukraynanı tam dəstəklədiyinə inandırıb. (azvizion)
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR