Logo

PKK dövlət kanalına hücum etdi

PKK dövlət kanalına hücum etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

PKK terror təşkilatının tərəfdarları Avstriyanın paytaxtı Vyanada ORF dövlət kanalının mərkəzi ofisinə basqın ediblər.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, PKK tərəfdarları kanalın efirində zorla mətn oxutdurmaq istəyiblər.

Avstriya mediasının yazdığına görə, 15 PKK tərəfdarı ötən həftənin cümə günü yerli vaxtla saat 18:30-da kanalın mərkəzi ofisinin qarşısında icazəsiz nümayiş keçirib. PKK-nın simvollarını daşıyan qrup təşkilatın lideri Abdullah Öcalanın sərbəst buraxılması tələbi ilə şüarlar səsləndiriblər.

Daha sonra təhlükəsizlik xidmətini keçən  qrup kanalın binasına daxil olub. Onlar aksiya üçün hazırlanmış mətnin xəbərlərdə oxunmasını tələb ediblər. Ancaq hadisə yerinə gələn polis qrupu çölə çıxarıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR