Logo

Ukraynada ölən uşaqların yeni sayı AÇIQLANDI

Ukraynada ölən uşaqların yeni sayı AÇIQLANDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Rusiyanın Ukraynaya qarşı müharibə başlayandan bəri 219 uşaq ölüb, 404 uşaq yaralanıb.
 

Sfera.az xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.

"2022-ci il mayın 1-i səhər saatlarına olan məlumata görə, zərərçəkmiş uşaqların rəsmi sayı dəyişməyib - 219. Xəsarət alanların sayı artıb - 404", - məlumatda deyilir.
 
Uşaqlardan ən çox xəsarət aldığı yerlər açıqlanıb: Donetsk vilayətində - 139, Kiyevdə - 115, Xarkovda - 95, Çerniqovda - 68, Xersonda - 44, Nikolayevdə - 43, Luqanskda - 37, Zaporojyedə - 27, Sumıda - 17, Kiyevdə - 16, Jitomda - 15.
 
Qeyd olunur ki, aprelin 29-30-da Rusiya hərbçilərinin Donetsk vilayətinin Kramatorsk rayonunun Dobropillia, Drobışevo və Volnovaxski rayonunun Vremovka yaşayış məntəqələrini atəşə tutması nəticəsində 5 uşaq yaralanıb.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR