Əfqanıstanda partlayış - Ölən və yaralananlar var
Kateqoriya məlum deyil
Əfqanıstanın paytaxtında partlayış törədilib.
Bu barədə Sfera.az yerli "Aamaj News” portalına istinadən xəbər verir.
Məlumata görə, hadisə günorta saatlarında Kabilin qərb hissəsində baş verib. Partlayış nəticəsində 1 nəfər ölüb, qadınlar və uşaqlar da daxil olmaqla daha 7 nəfər yaralanıb.
Əfqanıstana nəzarət edən "Taliban” hərəkatı hadisə ilə bağlı şərh verməyib. Ölkədə fəaliyyət göstərən silahlı qruplaşmalardan heç biri partlayışa görə məsuliyyəti üzərinə götürməyib.





