Logo

Bu avtobuslar geri çağırıldı - Yanğın təhlükəsi

Bu avtobuslar geri çağırıldı - Yanğın təhlükəsi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Paris Nəqliyyatının Muxtar İdarəsi (RATP) iki batareya yanğınından sonra bütün "Bollore Bluebus 5SE" markalı elektrik avtobuslarını müvəqqəti olaraq marşrutlardan çıxarır.

Bu barədə "France Info" radiostansiyası bildirib.

Sonuncu epizod ötən gün Parisin XIII dairəsində bu modelin avtobuslarından birinin alovlanması zamanı baş verib. Sürücü sürətlə sərnişinləri təxliyə edə bilib, hadisə nəticəsində xəsarət alan olmayıb. İlk yanğın aprelin 4-də Fransa paytaxtının V dairəsində Sen-Jermen bulvarında baş verib, həmin hadisədə də xəsarət alan olmayıb.


"Bir neçə həftə ərzində eyni seriyalı avtobuslarda baş verən bu iki yanğından sonra dərhal onları istismardan çıxarmaq qərarına gəldik", - deyə RATP-ın Avtobusların Texniki Baxış üzrə Direktoru Nikolya Kratye bildirib.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR