Daha bir ölkə Ukraynaya silah verməkdən imtina etdi
Kateqoriya məlum deyil
İndoneziya Prezidenti Coko Vidodo Ukraynaya silah verməkdən imtina edib.
Sfera.az xəbər verir ki, bu barədə "Röyters” məlumat yayıb.
Məlumata görə, bunun əvəzində Vidodo Ukraynaya humanitar yardım təklif edib. O qeyd edib ki, silah tədarükü ölkə üçün qəbuledilməzdir, ona görə də imtina etmək məcburiyyətində qalıb.
İndoneziya prezidenti Zelenskiyə dəstəyini ifadə edib və onu Rusiya ilə sülh danışıqlarına diqqət yetirməyə çağırıb.





