Logo

750 milyonluq “Moskva”nın suyun altından ilk görüntüsü – FOTO

750 milyonluq “Moskva”nın suyun altından ilk görüntüsü – FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sosial şəbəkələrdə Rusiyanın Qara dənizdə batmış "Moskva” raket kreyserinin exolokasiya ilə çəkilmiş görüntüsü yayılıb.

Kadrdan görünür ki, RF-in Qara dəniz donanmasının flaqmanı sol yanı üstə batıb. Dağıntılara əsasən ehtimal etmək olar ki, "Moskva”nın gövdəsi dibə dəyməzdən əvvəl qırılıb.

Ukrayna rəsmilərinin məlumatına görə, göyərtəsində çoxlu sayda "S-300” sistemləri olan kreyser Xersonda Rusiya qoşunlarını havadan müdafiə ilə təmin edirdi.

750 milyonluq “Moskva”nın suyun altından ilk görüntüsü – FOTO

Ümumiyyətlə, "Moskva” düşmənin böyük suüstü gəmilərinə hücum etmək üçün hazırlanmışdı, həmçinin uzaq birləşmələrin hava hücumundan müdafiəsini və desantlar üçün atəş dəstəyini həyata keçirə bilirdi.

"Forbes”un məlumatına görə, bu gəmi Ukrayna ilə müharibədə Rusiyanın ən bahalı hərbi itkisi olub. Kreyserin təxmini dəyəri 750 milyon dollardır (1,275 milyard manat).

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR