Logo

Rusiyada "İskəndər" raketlərinin tədqiqat İnstitutunda baş verən yanğında ölənlərin sayı 17-yə çatdı

Rusiyada "İskəndər" raketlərinin tədqiqat İnstitutunda baş verən yanğında ölənlərin sayı 17-yə çatdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiyanın Tver şəhərində Hərbi Kosmik Müdafiə Qüvvələrinin Mərkəzi Elmi-Tədqiqat İnstitutunda baş verən yanğında ölənlərin sayı 17 nəfərə çatıb.

Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə hallar xidmətinə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, dağıntılar arasından daha 6 cəsəd çıxarılıb. Yanğında ölənlərin sayı 17-yə çatıb.

Qeyd edək ki, aprelin 21-də baş verən yanğında 2 500 kvadrat metr ərazi yanıb. Xilasedicilər 98 nəfəri təxliyə edib, 54 nəfər xilas olunub.

Hadisə nəticəsində otuzadək insan zərər çəkib. İlkin ehtimala görə, hadisəyə elektrik şəbəkəsinin qəza rejimində işləməsi səbəb olub.
Yanğınsöndürənlər hadisə yerinə gec çatdığı üçün alovun miqyası genişlənib.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR