Logo

ABŞ-ın Çinə qarşı “qırmızı xətt”i məlum oldu

ABŞ-ın Çinə qarşı “qırmızı xətt”i məlum oldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Solomon adalarında Çin hərbi bazasının inşası Vaşinqton və Kanberra üçün qırmızı xətt olacaq.

Bunu Avstraliyanın Baş naziri Skott Morrison bildirib.

"Yeni Zelandiyadakı və əlbəttə ki, ABŞ-dakı tərəfdaşlarımızla işləyərək. Bu məsələlərə gəldikdə, mən ABŞ ilə eyni qırmızı xətt üzərindəyəm. Çin dəniz bazaları bizim bölgəmizdə, qapımızın ağzında olmayacaq”, - deyə o qeyd edib.

Hökumət başçısının sözlərinə görə, Fici və Papua Yeni Qvineya da Avstraliyanın narahatlığını bölüşür.

Eyni zamanda, Morrison Çinin qeyd olunan xətti keçəcəyi təqdirdə hansı tədbirlərin görüləcəyini açıqlamayıb.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR