Rusiya bu istiqamətlərdə hücumları gücləndirdi - Baş Qərargah
Kateqoriya məlum deyil
Severodonetsk, Kuraxovski və Popasnaya istiqamətlərində rusların hücumları güclənib. Zareçnoye, Rubejnoye və Popasnayada döyüşlər gedir.
Sfera.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
"Donetsk və Tavriya istiqamətlərində düşmən bütün təmas xətti boyunca minaatanlardan, top artilleriyasından və reaktiv yaylım atəşi sistemlərindən istifadə etməklə qoşunlarımızın mövqelərinə atəş zərbələri endirir”, – məlumatda bildirilib.





