Yaponiyada turist qayığı yoxa çıxdı
Kateqoriya məlum deyil
Yaponiyanın şimalında göyərtəsində 26 nəfərin olduğu turist qayığı ilə əlaqə kəsilib.
Sfera.az xəbər verir ki, 2-si uşaq olmaqla, 24 sərnişindən ibarət ekipajı olan "Kazu I" istirahət qayığı Hokkaydo sahillərində yoxa çıxıb.Bildirilir ki, qayıq vəhşi təbiəti müşahidə etmək üçün 3 saatlıq tur çərçivəsində limanı tərk edib.
Təhlükə çağırışından əvvəl "Kazu I" sonuncu dəfə Şiretoko yarımadasında görünüb. Yaponiya Meteorologiya Agentliyi əlaqənin kəsildiyi ərazidə dalğanın hündürlüyünün 3 metr olduğunu açıqlayıb.
Axtarış fəaliyyətləri çərçivəsində Yaponiya Sahil Mühafizəsi bölgəyə 6 patrul gəmisi və helikopter göndərib.






