Logo

Sanksiyaların mümkün TƏSİRİ - Rusiya müflis ola bilər? - ŞƏRH

Sanksiyaların mümkün TƏSİRİ - Rusiya müflis ola bilər? - ŞƏRH
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Rusiayaya qarşı 6-cı sanksiya paketində əsasən "Sberbank”ın çökdürülməsi üçün məhdudiyyətlər tətbiq edilməsi nəzərdə tutulub. Bu məhdudiyyətlər Rusiyanın ümumi bank sisteminə böyük zərbə vuracaq.

Sfera.az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Eyyub Kərimli ARB-24-ə açıqlamasında deyib.

E.Kərimlinin sözlərinə görə, Rusiyada defolt proseslərinin başlanması real görünmür:

"Rusiyanın təbii ressursları çoxdur. Bu məhdudiyyətlər həm də dünyada Rusiyanın qara bazarını inkişaf etdirir. Bəzi məlumatlara görə, Rusiya sərhəddən qanunsuz formada müəyyən məhsulların satışını həyata keçirir. Buna Rusiyada qara bazar və qeyri-rəsmi iqtisadi münasibətlər də müəyyən təsir göstərəcək. Hesab edirəm ki, defoltdan danışmaq hələ tezdir”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR