Logo

"ABŞ-dan Ukraynaya hər gün silah göndərilir" - Səfir

"ABŞ-dan Ukraynaya hər gün silah göndərilir" - Səfir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"ABŞ-ın Ukraynaya hərbi yardımı davam edəcək”. Sfera.az xəbər verir ki, bunu Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarova "Ukrinform”a müsahibəsində deyib.

"Mən əminəm ki, Rusiyanın təhdidlərinə və ağır silahların tədarükünün dayandırılmasına dair tələblərinə baxmayaraq, Vaşinqtonun mövqeyi dəyişməyəcək. ABŞ-dan Ukraynaya hər gün silah göndərilir. Biz gözləyirik ki, yaxın gələcəkdə yeni sanksiyalar paketinin hazırlanmasının da şahidi olacağıq”, - o bildirib.

Qeyd edək ki, aprelin 16-da Ağ ev 800 milyon dollarlıq paketin bir hissəsi kimi ABŞ-dan Ukraynaya yeni hərbi yardımın ilk partiyasının çatdırıldığını açıqlayıb.

Rusiya Ukraynaya silah göndərən bütün ölkələrə bunun gözlənilməz nəticələrə səbəb olacağı ilə bağlı xəbərdarlıq edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR