Xarkov atəşə tutuldu: Ölənlər və 30-dan çox yaralanan var
Kateqoriya məlum deyil
Rusiya hərbçilərinin Xarkovda yaşayış bölgəsini atəşə tutması nəticəsində 7 nəfər ölüb, 34 nəfər yaralanıb.
Sfera.az xəbər verir ki, bu barədə Xarkov vilayətinin hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov deyib.
"Rusiya hərbçiləri Xarkov şəhərinin yaşayış bölgələrindən birini atəşə tutub. Təəssüf ki, 3-ü uşaq olmaqla 34 nəfər yaralanıb, 1-i yeddi aylıq uşaq olmaqla, 7 nəfər həlak olub”, - o bildirib.






