Logo

Türkiyədən Rusiyaya qarşı sanksiya EHTİMALI - Yeganə şərt açıqlandı

Türkiyədən Rusiyaya qarşı sanksiya EHTİMALI - Yeganə şərt açıqlandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Türkiyə beynəlxalq hüquqa uyğun hərəkət edir. BMT-nin sanksiyalarına əməl edəcəyik. Balanslı mövqeyimizi qoruyuruq”.

Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rəsmi Ankaranın Rusiyaya qarşı sanksiyalarda iştirak edib-etməyəcəyinə dair sualı cavablandırarkən deyib.

"Birləşmiş Millətlər Təşkilatında islahatlar aparmalıyıq. Türkiyəyə baxış müsbət mənada dəyişib. Daha güclü Türkiyə gələcəkdə çox daha vacib bir oyunçu olacaq. Mayın 18-də Vaşinqtonda dövlət katibi Entoni Blinkenlə görüşəcəyik, ABŞ səmimi olarsa, lazımi addımları atacağıq”, - nazir mediaya açıqlamasında bildirib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR