Logo

Süleyman Kərimovun yaxtasına həbs qoyuldu

Süleyman Kərimovun yaxtasına həbs qoyuldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Fici Respublikası rusiyalı milyarder Süleyman Kərimova məxsus yaxtaya həbs qoyub.

Sfera.az xəbər verir ki, bu barədə məlumatı ölkənin hüquq-mühafizə orqanlarına istinadən "FBC” telekanalı yayıb.

Polisdən bildirilib ki, "Amadea” adlı yaxta aprelin 13-ü Fici hökumətinin müvafiq icazəsi olmadan Ficinin iqtisadi zonasına daxil olub. Bunun ardınca gəmi saxlanılıb və onun sahibinin kim olmasına dair araşdırmalara başlanılıb.

"İlkin məlumata görə, yaxta Süleyman Kərimova məxsusdur”, - deyə açıqlamada qeyd olunub.

Xatırladaq ki, Avropa İttifaqı (Aİ) cari ilin mart ayının ortalarında Süleyman Kərimova sanksiya tətbiq edib. Sözügedən sanksiya çərçivəsində iş adamına Aİ-yə daxil olmaq qadağan edilib.

(Qafqazinfo)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR