Logo

Tətbiq edilən sanksiyaların nəticəsi - Rusiyada ilk defolt qeydə alındı

Tətbiq edilən sanksiyaların nəticəsi - Rusiyada ilk defolt qeydə alındı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Rusiyanın dövlətə məxsus "Rusiya Dəmir Yolları” QSC-yə qarşı keçən ay borc ödənişini icra edə bilmədiyinə görə defolt elan olunub.

Sfera.az "Bloomberg”ə istinadən xəbər verir ki, bununla da Rusiyada ilk dəfə olaraq bir qurum müharibədən sonrakı sanksiyalara görə defolt yaşayıb.

Rusiya ağır sanksiyalara məruz qaldıqdan sonra maliyyə əməliyyatlarında yaşanan böyük çətinliklər səbəbindən bir şirkət üçün ilk dəfə belə bir qərar verildi. Şirkətlər üçün lazımi qiymətləndirmə aparan beynəlxalq qurum olan Kredit Törəmə Vasitələrinin Müəyyənləşdirilməsi Komitəsinin məlumatına görə, 10 günlük əlavə müddəti qaçıran şirkət martın 14-də etməli olduğu ödənişi edə bilməyib. Davam edən prosesdə defolt riskindən sığortanın aktivləşdiriləcəyi və kupon sahiblərinin alacaqları ödəniş məbləğinin müəyyən ediləcəyi bildirilir.

Qeyd olunub ki, Rusiyanın dövlət dəmir yolu şirkəti kupon ödənişini həyata keçirməyə cəhd edib, lakin "müxbir bank şəbəkəsində qanun və normativlərə uyğunluq öhdəlikləri” səbəbindən sahiblərinə çata bilməyib. Bildirilib ki, sanksiyalara görə oxşar problemlər yaşayan Rusiya Maliyyə Nazirliyi də qlobal maliyyə sistemindən kənarlaşdırılıb, ABŞ-dakı hesabları bloklanıb. Nazirlik ABŞ və digər ölkələri ödənişləri yerinə yetirməməyə məcbur etməkdə ittiham edir.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR