Logo

Fransada prezident seçkilərində SON NƏTİCƏLƏR

Fransada prezident seçkilərində SON NƏTİCƏLƏR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Fransada prezident seçkilərində protokolların 97 faizinin hesablanmasından sonra ölkənin hazırkı prezidenti Emmanuel Makron 27,6 faiz səs toplayaraq liderliyini qoruyub saxlayır.

Sfera.az xəbər verir ki, sağçı "Milli Birlik” partiyasının rəhbəri Marin Le Pen ikinci yerdə (23,41 faiz), solçu "Əyilməz Fransa” partiyasının rəhbəri Jan-Lük Melanşon üçüncü yerdədir (21,95 faiz).

Fransanın metropoliten bölgəsində artıq ikinci tura da namizəd olmayan Melanşon birinci (30,24 faiz), Makron ikinci (30,19 faiz) və Le Pen isə üçüncü yeri (12,97 faiz səs) tutub.

Parisin özündə isə vəziyyət fərqlidir: Fransa paytaxtında Makron 35,33 faiz, Melanşon 30,09 faiz, Zemmur isə 8,16 faiz səs toplayıb. Marin Le Pen 5,54 faiz səslə altıncı yerdə qərarlaşıb.

Fransada prezident seçkilərinin ikinci turu aprelin 24-də keçiriləcək.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR