Logo

Putinə müraciət: “Ölkənin gələcəyini məhv edirsən”

Putinə müraciət: “Ölkənin gələcəyini məhv edirsən”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Rusiya Prezidenti Vladimir Putin 19-cu, 18-ci, 17-ci və digər əsrlərdən bizə məlum olan imperiya təfəkkürünə malikdir”.

Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın Federal Kansleri Olaf Şolz bildirib.

O, yenidən Putini atəşi dərhal dayandırmağa və qoşunları Ukraynadan çıxarmağa çağırıb.

"Sən öz ölkənin gələcəyini məhv edirsən”, - deyə kansler bildirib.

Kansler Qərbin sanksiyalarının artıq Rusiyanın iqtisadi inkişafına güclü təsir göstərdiyini təkrarlayıb və Kremli Berlinin Ukraynanı müdafiə silahları ilə təmin etməyə davam edəcəyinə əmin edib.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR