Paşinyanın Moskvaya səfərinin tarixi açıqlandı
Kateqoriya məlum deyil
Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 19-da Moskvaya işgüzar səfər edəcək.
Sfera.az xəbər verir ki, məlumatı Ermənistan hökumətinin mətbuat xidməti yayıb.
Bildirilib ki, Ermənistan nümayəndə heyətinə Nikol Paşinyan başçılıq edəcək. Rusiyada iqtisadi əməkdaşlıq məsələləri, eləcə də ikitərəfli münasibətlərə dair
başqa mövzuların müzakirəsi gözlənilir.
Qeyd edək ki, Nikol Paşinyanın aprelin ikinci ongünlüyündə Moskvaya səfəri barədə xəbər yayılmışdı./Report/






