Avropa Komissiyasının Prezidenti Buçada olub
Kateqoriya məlum deyil
Hazırda Ukraynada olan Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen və Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Buçaya səfər ediblər.
Sfera.az-ın məlumatına görə, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal məlumat verib.
D. Şmıqal əlavə edib ki, Ukrayna avropalı tərəfdaşları ilə birlikdə Rusiyanın təcavüzünü tez bir zamanda dayandırmağa çalışır.





