Logo

Rusiya Polşanın 45 diplomatını ölkədən çıxarır

Rusiya Polşanın 45 diplomatını ölkədən çıxarır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sfera.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bu gün Polşa səfiri ölkəsinin martın 23-də 45 rus diplomatını "persona non grata" elan etməsi ilə əlaqədar XİN-ə çağırılıb və polşalı diplomata nota təqdim olunub: "Səfirin diqqətinə çatdırılıb ki, biz bu addımı Varşavanın ikitərəfli münasibətləri tamamilə məhv etmək istəyinin şüurlu təsdiqi kimi qiymətləndiririk. Bunun üçün məsuliyyət tamamilə Polşa tərəfinin üzərinə düşür”.

Rusiya XİN-dən bildirilib ki, qarşılıqlı prinsip əsasında Polşanın addımına cavab olaraq Polşa səfirliyinin və Polşanın İrkutsk, Kalininqrad və Sankt-Peterburqdakı Baş konsulluqlarının 45 əməkdaşı "persona non grata" elan edilib.

Diplomatlar aprelin 13-də günün sonuna qədər Rusiya Federasiyasının ərazisini tərk etməlidirlər.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR