Logo

ABŞ-dan Türkiyəyə F-16 satışı ilə bağlı açıqlama

ABŞ-dan Türkiyəyə F-16 satışı ilə bağlı açıqlama
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
ABŞ administrasiyası hesab edir ki, F-16 qırıcılarının Türkiyəyə satışı milli təhlükəsizlik maraqlarına uyğundur. 
 
Sfera.az xəbər verir ki, bu barədə "Reuters " Dövlət Departamentinin Konqresə göndərdiyi məktuba istinadən məlumat yayıb.
 
ABŞ-ın Türkiyə ilə gərgin münasibətlərinə baxmayaraq, onun Ukrayna ilə müdafiə əlaqələri "regionda zərərli təsirlərə qarşı mühüm maneə kimi qiymətləndirilir.
 
Məktubda F-16 qırıcılarının mümkün satışına dair heç bir zəmanət və ya müddət göstərilməsə də, Vaşinqton hesab edir ki, NATO-nun maraqları və milli təhlükəsizliyi, digər məsələlərlə yanaşı, ABŞ və Türkiyə arasında müdafiə ticarəti əlaqələri də dəstəklənir. 
 
ABŞ administrasiyası həmçinin hesab edir ki, Ankara Rusiyadan S-400 zenit-raket komplekslərinin alınmasına görə artıq "əhəmiyyətli qiymət ödəyib”.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR