Logo

ABŞ Rusiyanın təmsil olunacağı G20 sammitində iştirakdan imtina edir

ABŞ Rusiyanın təmsil olunacağı G20 sammitində iştirakdan imtina edir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
ABŞ G20 ("Böyük iyirmilik") ölkələrinin İndoneziyada keçiriləcək sammitində Rusiyanın da iştirak edəcəyi təqdirdə bu tədbirdə iştirakdan imtina edəcək.

Sfera.az RİA Novostiyə istinadən bildirir ki, bu açıqlama ilə ABŞ-ın maliyyə naziri Canet Yellen Nümayəndələr Palatasında keçirilən dinləmələr zamanı çıxış edib.

"Prezident Bayden açıq şəkildə bildirdi və mən onunla razıyam ki, Rusiya heç bir maliyyə qurumunda təmsil oluna apara bilməz. O, Rusiyanın G20-dən xaric edilməsini istədi və mən İndoneziyadakı həmkarlarıma aydınlaşdırdım ki, əgər rusiyalılar orada olarsa, biz bir sıra görüşlərdə iştirak etməyəcəyik”, - C. Yellen bildirib.

O, əlavə edib ki, ABŞ Rusiyanı sammitin iştirakçısı kimi görmək istəmir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR