Logo

Zelenski Ukraynaya təhlükəsizlik təminatı verən ölkələrin adını AÇIQLADI

Zelenski Ukraynaya təhlükəsizlik təminatı verən ölkələrin adını AÇIQLADI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Yeddi ölkə Ukrayna üçün təhlükəsizlik təminatlarına dair beynəlxalq sazişin məzmununu müzakirə etməyə hazırdır".

Sfera.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "Habertürk” telekanalına müsahibəsində deyib.

"ABŞ, Böyük Britaniya, Türkiyə, Polşa, Almaniya, Fransa, İsrail - bunların hamısı təhlükəsizlik zəmanətlərinin siyahısını müzakirə etməyə hazırdır", - Zelenski bildirib.

Ukrayna lideri vurğulayıb ki, bəzi ölkələr Ukraynanı tam dəstəkləməyə hazırdır, bəziləri isə bunu etməyəcək, ona görə də məsləhətçilər səviyyəsində görüş və potensial sənədin bəndlərinin müzakirəsi zəruridir.

Bundan əvvəl Zelenski qeyd edib ki, ABŞ Ukraynanın tələb etdiyi formada təhlükəsizlik zəmanəti verməyə razı deyil.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR