Logo

Türkiyə sahillərində həyəcan: Qara dənizdə üçüncü mina tapıldı

Türkiyə sahillərində həyəcan: Qara dənizdə üçüncü mina tapıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Qara dənizdə üçüncü mina aşkar edilib.

Türkiyə Milli Müdafiə Nazirliyi Dəniz Qüvvələri Komandanlığı SAS qrupları Kefken sahillərində aşkar edilən minaya müdaxilə edirlər.

Sfera.az xəbər verir ki, bu barədə nazirliyin "Twitter” hesabında qeyd edilir.

"Kefken sahillərində aşkarlanan minaya bənzər obyektin dəniz patrul təyyarəmiz tərəfindən mina olduğu müəyyən edilib. Ərazi mühafizə olunub”, - deyə məlumatda bildirilir.

Kefken adası Kocaeli vilayətinin sərhədləri daxilində, Cebeci sahilindən 10 dəqiqəlik məsafədə yerləşir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR