Logo

Pakistanın Baş nazirinə sui-qəsd planı hazırlandı

Pakistanın Baş nazirinə sui-qəsd planı hazırlandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Pakistanın xüsusi xidmət orqanları Baş nazir İmran Xana qarşı sui-qəsd planını üzə çıxarıb.

Sfera.az xəbər verir ki, bu barədə "Dawn” qəzeti informasiya və teleradioyayım naziri Favad Çoudriyə istinadən məlumat yayıb.

"Bu məlumatdan sonra hökumətin qərarı ilə Baş nazirin mühafizəsi gücləndirilib”, - Çoudri bildirib.

Bundan əvvəl Pakistanın hakim "Ədalət uğrunda Hərəkat” Partiyasının lideri Feysəl Vavda da oxşar bəyanatlarla çıxış edərək, Baş nazirin ölkəni "ölkəni satmaqdan” imtina etdiyinə görə həyatına sui-qəsd planının hazırlandığını bildirib.

Sui-qəsdlə bağlı xəbərlər aprelin 3-də Baş nazirə etimadsızlıq səsverməsi fonunda yayılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR