Logo

Rusiya aviasiyası Ukraynanın daha 40 obyektini VURDU

Rusiya aviasiyası Ukraynanın daha 40 obyektini VURDU
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Rusiya Silahlı Qüvvələrinin operativ-taktiki aviasiyası sutka ərzində Ukraynanın 40 hərbi obyektini, o cümlədən "Buk-M1” və "Osa” zenit-raket komplekslərini vurub”.

Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi general-mayor İqor Konaşenkov bildirib.

O, bildirib ki, iki zenit-raket kompleksi Muraxov vilayətində, "Buk-M1” isə Velikie Novoselki rayonunda vurulub.

Rusiya Silahlı Qüvvələri fevralın 24-dən indiyədək Ukraynada 124 təyyarə, 82 helikopter və 1854 tank və digər zirehli texnikanı məhv edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR