Logo

Kremldən Putin-Ərdoğan danışığı ilə bağlı - AÇIQLAMA

Kremldən Putin-Ərdoğan danışığı ilə bağlı - AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Kreml mətbuat xidməti Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli Rəcəb Tayyib Ərdoğanın telefon danışığı ilə bağlı məlumat yayıb.

Sfera.az xəbər verir ki, məlumata əsasən, prezidentlər Rusiya və Ukrayna nümayəndələri arasında davam edən danışıqlar prosesini qiymətləndirib.

"Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub... Davam edən danışıqlar prosesinə də fundamental qiymətlər verilib”, - məlumatda deyilir.

Bundan əlavə, Vladimir Putin Rəcəb Tayyib Ərdoğana Rusiya və Ukrayna nümayəndələri arasında İstanbulda danışıqların raundunun keçirilməsində göstərdiyi köməyə görə təşəkkür edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR