Logo

Rusiya Suriyadan muzdlular aldı: YÜKSƏK MAAŞ+BONUS

Rusiya Suriyadan muzdlular aldı: YÜKSƏK MAAŞ+BONUS
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya Suriyadan 16 min muzdlu əsgəri Ukraynaya qarşı müharibəyə cəlb etmək niyyətindədir.

"Suriyalı muzdluların ilk kontingenti Ukraynaya qarşı döyüşmək üçün Rusiyaya gəlib. Muzdlular burada əvvəlcə hərbi təlimlər keçəcək”.

Sfera.az bildirir ki, bu xəbəri "The New York Times" nəşri dərc edib.

Bildirilib ki, Suriya təhlükəsizlik xidmətləri tərəfindən yoxlanılan və sonra ruslara təhvil veriləcək minlərlə namizədin siyahısı tərtib edilib. Qrupların çoxu artıq yola düşüb.

Nəşrin istinad etdiyi mənbə bildirib ki, Rusiya Suriyadan 16 min muzdlu əsgəri Ukraynaya qarşı müharibəyə cəlb etmək niyyətindədir. Döyüş təcrübəsi olan kişilərə üstünlük verilir.

Artıq Rusiyada olan 300-ə yaxın əsgər Bəşər Əsəd ordusunun 25-ci diviziyasındandır. Onlar elit sayılırlar və rus zabitləri ilə sıx əməkdaşlıq edirlər. Ruslar onlara altı ay ərzində ayda 1200 dollar, Suriyaya qayıdanda isə 3000 dollar bonus təklif ediblər.

(lent.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR